Rusiya istintaq təcridxanalarına nəzarəti FSB-yə verə bilər

Rusiya Dövlət Duması federal istintaq təcridxanalarına nəzarətin Federal Penitensiar Xidmətdən (FSİN) Federal Təhlükəsizlik Xidmətinə (FSB) verilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləməyə hazırlaşır.
Bu dəyişiklik ölkənin təhlükəsizlik sistemimde Ədliyyə və Daxili İşlər Nazirliklərinin təsirini azaltmaqla yanaşı, FSB-nin dövlət təhlükəsizlik aparatı üzərindəki nəzarətini daha da gücləndirəcək.
Analitiklər bildirirlər ki, bu addım hüquq-mühafizə orqanlarının strukturunda əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər və FSB-nin səlahiyyətlərinin genişləndirilməsi ilə nəticələnəcək.
22:27 12.03.2025
Oxunuş sayı: 3359