Pakistanda sərnişin qatarına hücum

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətinin Kaççi rayonunda silahlı şəxslər sərnişin qatarına hücum ediblər.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində bir neçə nəfər, o cümlədən qatarın maşinisti yaralanıb.
Bu barədə polis və hökumət nümayəndələri məlumat yayıb.
Bəlucistan hökumətinin sözçüsü Şahid Rind bildirib ki, əyalətin paytaxtı Kvettadan şimal-qərbdəki Pişəvər şəhərinə gedən qatara azı altı silahlı şəxs tərəfindən atəş açılıb.
Hadisə yerinə xilasetmə qrupları və təhlükəsizlik qüvvələri cəlb olunub. İlkin məlumatlara görə, hadisənin terror aktı ola biləcəyi istisna edilmir.
Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.
16:24 11.03.2025
Oxunuş sayı: 2456