Çin, İran və Rusiya hərbi etimadı gücləndirmək üçün birgə dəniz təlimi keçirmək barədə razılığa gəliblər

Üç ölkə “ölkələr arasında qarşılıqlı etimadı gücləndirmək” məqsədilə “Təhlükəsizlik Kəməri-2025” adlı birgə dəniz təlimi keçirəcək.
Crossmedia.az xarici mediaya əsasən bildirir ki,Çinin Müdafiə Nazirliyi bazar günü açıqlayıb ki, Çin, Rusiya və İran silahlı qüvvələri qarşılıqlı hərbi etimadı artırmaq üçün mart ayında birgə dəniz təlimi keçirəcək. “Təhlükəsizlik Kəməri-2025” adlı bu təlim İranın Çabahar limanı yaxınlığında baş tutacaq. Çin donanması təlimlərə bir esmines və bir təchizat gəmisi ilə qatılacaq.
Planlaşdırılan fəaliyyətlərə dəniz hədəflərinə hücumların simulyasiyası, zərərə nəzarət və birgə axtarış-xilasetmə təlimləri daxildir. Çin hökumətinin fikrincə, bu təlimlərin əsas məqsədi “ölkələr arasında qarşılıqlı etimadı gücləndirmək və onların dəniz qüvvələri arasında praqmatik əməkdaşlığı təşviq etməkdir”.
İranın Təsnim xəbər agentliyi üç ölkə arasında dəniz təhlükəsizliyi üzrə birgə təlimlərin gələn çərşənbə axşamı başlayacağını təsdiqləyib.
Zəhra Ağayeva
14:35 11.03.2025
Oxunuş sayı: 2694