Hizbullahın baş katibi çağırış etdi: İranla uçuşlar bərpa edilsin

Livan hökumətini İran təyyarələrinin Beyrut Beynəlxalq Hava Limanına enişini qadağan edən qərarına yenidən baxmağa çağırıb.
Crossmedia.az İranın “Fararu” saytına istinadla xəbər verir ki, bu barədə Hizbullahın baş katibi Nəim Qasım məlumat verib.
“Biz mühasirədəyik və bu, çətin bir qarşıdurmadır, ancaq bu problemləri aradan qaldırmaq üçün yollar axtarmalıyıq. Biz dost ölkə olan İranla uçuşların bərpa olunmasını istəyirik. Bu problemi həll etmək üçün Livan hökuməti ilə danışıqlar aparırıq", - deyə o vurğulayıb.
Nəzrin Salmanova
13:30 11.03.2025
Oxunuş sayı: 2484