Avropalı casuslar yenidən aktivləşdi

Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının üzvləri bir daha şərti Ermənistan-Azərbaycan sərhədində müşahidə aparıblar.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, dünən, martın 10-da Aİ müşahidəçiləri Qubadlı rayonu ilə həmsərhəd əraziyə gəlib və oradan binokllarla Azərbaycan ərazilərini izləyiblər.
Azərbaycan sərhədçiləri müşahidə missiyasının hərəkətlərini qeydə alıblar.
Xatırladaq ki, Aİ-nin Ermənistandakı müşahidə missiyası mütəmadi olaraq Azərbaycanla sərhəd boyunca monitorinqlər aparır. Mətbuatda bununla bağlı mütəmadi olaraq müxtəlif materiallar və video görüntülər yayımlanır.
Pərvin Hacıyeva
13:10 11.03.2025
Oxunuş sayı: 3032