Azərbaycanın "Avroviziya" təmsilçisinin ifa edəcəyi mahnı məlum olub

Azərbaycan “Avroviziya 2025”-də “Run with U” mahnısı ilə təmsil olunacaq.
Crossmedia.az xəbər verir ki, ölkəmizi təmsil edəcək "Mamagama" qrupunun ifa edəcəyi mahnının sözləri Asəf Mişiyevə (Saphael Mishi), musiqisi isə Asəf Mişiyev (Saphael Mishi), Həsən Heydər (KHVS) və Roman Zilianevə (Roman Zee) aiddir.
Mahnının artıq rəsmi klipi də təqdim olunub. Futuristik üslubda çəkilmiş rəsmi klipdə Azərbaycanın Avroviziya tarixində iştirak etmiş sənətçilər də yer alıb.
Həmçinin builki çıxışda ilk dəfə olaraq saz milli musiqi alətindən də istifadə olunacaq.
16:58 19.02.2025
Oxunuş sayı: 5768