Deputat: "Paşinyan qələt edir, çünki..."

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanda saxlanılan erməni əsilli şəxslərə qarşı psixotrop maddələrin tətbiq edildiyini iddia edib. Belə ki, o, yanvarın 25-də Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib ki, erməni məhbuslara qarşı qadağan olunmuş psixotrop dərmanlardan istifadə etdiyi barədə kəşfiyyat məlumatı var: “Bizim əlimizdə kəşfiyyat məlumatı var ki, bu şəxslərə qarşı qanunsuz psixotrop dərmanlardan regional eskalasiyaya səbəb olan ifadələr almaq üçün istifadə olunur” ,- deyə o, vurğulayıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat
katibi Ayxan Hacızadə Ermənistanın Baş naziri Nikol Paşinyanın fikirlərinə
cavab verib. O, bildirib ki, təqsirləndirilən şəxslərin bütün hüquq və vəzifələri
lazımi qaydada təmin olunub və izah edilib.
Paşinyanın Azərbaycana qarşı əsassız və
bəzən də gülməli çıxışları artıq, demək olar, ənənə halını alıb. Dəfələrlə müxtəlif
beynəlxalq tribunalarda özünü gülünc vəziyyətə qoyan Ermənistan hökumət
başçısının bu dəfə əndəzani aşdığını desək, yanılmarıq.
Maraqlıdır ki, Paşinyan bu kəşfiyyat məlumatını haradan alıb? Xarici və daxili siyasət baxımından böhran içərisində olan Ermənistan kəşfiyyatının məlumatları nə qədər etibarlı və səhihdir?
Paşinyanın səsləndiriyi fikirləri barədə
Crossmedia.az-a danışan Azərbaycan Millət Məclisinin deputatı, yazıçı-
publisist Aqil Abbas söyləyib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycanda
saxlanılan erməni separatçıları ilə tez – tez görüşür: “Onların hüquqları
lazımi səviyyədə təmin olunur. Bu, Paşinyanın ifşası baxımından ən yaxşı aqrumentdir.
Yəni onun iddiaları tamamilə əsassızdır. Separatçılar, Azərbaycana qarşı müxtəlif
cinayətlərdə əli olan Araik Arutyunyan və Ruben Vardanyan da sərbəst şəkildə
fikirlərini ifadə edə bilirlər. Bunun üçün bütün imkanlar var. Onlara tribuna
da verilib, mikrofon da. Odur ki, Paşinyan qələt edir”.
Fidan Hacızadə
14:25 27.01.2025
Oxunuş sayı: 4005