Komaya düşən gənc xilas edilib

- Temperatur salmaq üçün həddindən artıq dərman içərək komaya düşən gənc sağalıb.
- Crossmedia.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz (KTM) məlumat yayıb.
- Belə ki, ötən ilin dekabr ayının 31-də 23 yaşlı qız Masallı rayonundan dərmandan zəhərlənmə səbəbi ilə ağır vəziyyətdə KTM-in Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
- Xəstəyə qaraciyər hüceyrə çatışmazlığı və meninqoensefalit diaqnozları qoyulub, dərhal Reanimasiya şöbəsində zəruri intensiv müalicə tədbirləri başladılıb.
- Məlum olub ki, pasiyent yüksək temperaturu olduğu üçün həkim nəzarəti olmadan, gün ərzində həddindən artıq qəbul etdiyi temperatur salmaq üçün nəzərdə tutulmuş dərmanlardan zəhərlənib.
- 1 həftə komada, 5 gün huşu soporoz vəziyyətdə qalan xəstə Toksikologiya şöbəsinin həkimlərinin apardığı intensiv müalicələr nəticəsində həyata qaytarılıb. Daha sonra xəstənin vəziyyəti stabilləşib, səhhətində müsbət dinamika müşahidə edilib.
- Bir aya yaxın davam edən stasionar müalicə prosedurlarından sonra vəziyyəti qənaətbəxş olduğu üçün hepatoloqun nəzarəti altında ambulator müalicə üçün evə buraxılıb.
11:03 27.01.2025
Oxunuş sayı: 4562