Türkiyə və Cənubi Koreya prezidentləri Seulda görüşüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyaya rəsmi səfəri çərçivəsində Seulda rəsmi mərasimlə qarşılanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Ərdoğanı Cənubi Koreya Prezidenti Li Ce Myon qarşılayıb. Rəsmi qarşılanma mərasimindən sonra iki ölkənin liderləri əvvəlcə qapalı formatda danışıqlar aparıblar.
Daha sonra Türkiyə və Cənubi Koreya nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.
13:27 03.11.2026
Oxunuş sayı: 79