Ərdoğan Cənubi Koreyada rəsmi mərasimlə qarşılanıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 3-də Cənubi Koreyanın paytaxtı Seulda rəsmi qarşılanma mərasimində iştirak edib.
Crossmedia.az xəbər verir ki, Türkiyənin “Anadolu” agentliyi bu barədə məlumat yayıb.
Bildirilib ki, Ərdoğanı Cənubi Koreya Prezidenti Li Ce Myon qarşılayıb.
Rəsmi mərasimdən sonra iki ölkənin liderləri arasında təkbətək görüş keçirilib. Daha sonra danışıqlar nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.
Görüşlərin əsas gündəliyini Türkiyə ilə Cənubi Koreya arasında strateji tərəfdaşlığın gücləndirilməsi, ticarət, investisiya, müdafiə sənayesi və nüvə energetikası sahələrində əməkdaşlığın genişləndirilməsi təşkil edib.
Tərəflərin Koreya yarımadası və Yaxın Şərqdəki vəziyyət də daxil olmaqla regional və beynəlxalq məsələləri müzakirə etməsi də nəzərdə tutulub.
Qeyd edək ki, Ərdoğan noyabrın 2-də Cənubi Koreyaya rəsmi səfərə gəlib. Səfər çərçivəsində iki ölkə arasında bir sıra əməkdaşlıq sənədlərinin imzalanması planlaşdırı
12:50 03.11.2026
Oxunuş sayı: 76