Bakıda əmək yarmarkası keçirilir – 28 şirkət iş imkanlarını təqdim edir
Dövlət Məşğulluq Agentliyi tərəfindən əmək bazarında işəgötürənlərlə işaxtaranlar arasında birbaşa əlaqənin qurulması məqsədilə əmək yarmarkası təşkil olunub.
Crossmedia.az xəbər verir ki, yarmarkada ümumilikdə 28 şirkət iştirak edir. Tədbir çərçivəsində müxtəlif sahələr üzrə vakansiyalar və iş imkanları təqdim olunur, işaxtaranlar isə şirkətlərin nümayəndələri ilə birbaşa görüşərək mövcud vakansiyalar barədə məlumat əldə edə bilirlər.
Əmək yarmarkasının iştirakçıları sırasında Ingla School Baku da yer alır. Şirkət özünün mövcud iş imkanlarını təqdim edir və tədbirə qatılan namizədlərlə görüşlər keçirir.
Yarmarka işaxtaranların uyğun vakansiyalarla tanış olması, işəgötürənlərlə birbaşa ünsiyyət qurması və əmək bazarındakı imkanlar barədə məlumat əldə etməsi baxımından əhəmiyyət daşıyır.
11:40 08.10.2026
Oxunuş sayı: 223