Südabə Ağayeva dünya çempionatında mübarizəni dayandırdı
Bakıda cüdo üzrə böyüklər arasında dünya çempionatı keçirilir.
Crossmedia.az xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan Südabə Ağayeva 1/32 final mərhələsində mübarizəni dayandırıb.
O, İspaniya idmançısı Tsunoda Roustanta məğlub olub.
11:26 08.10.2026
Oxunuş sayı: 164