Soydaşımız Gürcüstan çempionu olub
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən bodibildinq və fitnes üzrə V Milli Çempionatda Dmanisi rayonundan olan soydaşımız Kənan Gülməmmədov 1-ci yerə çıxıb.
Crossmedia.az xəbər verir ki, 18 atletin müxtəlif kateqoriyalar üzrə mübarizə apardığı yarışda 8 qalib müəyyənləşib. Soydaşımız “Men’s Physique” kateqoriyasında bütün rəqiblərini geridə qoyaraq qızıl medalın sahibi olub. Kənan Gülməmmədov yüksək fiziki hazırlığı, bədən proporsiyaları və səhnədə çıxış bacarığı ilə münsiflərin diqqətini çəkərək ən yüksək qiymətə layiq görülüb və Gürcüstan çempionu titulunu qazanıb.
Məlumat üçün qeyd edək ki, təxminən 6 ildir idmanla məşğul olan soydaşımız Gürcüstan Texniki Universitetində mühəndis iqtisadiyyatı, media texnologiyaları və sosial elmlər üzrə təhsil alıb.
15:52 22.09.2026
Oxunuş sayı: 42