Dünya çempionu soydaşımız Bratislavada yeni idman zalı açıb
Slovakiyanın Bratislava şəhərində yaşayan, sambo üzrə dəfələrlə
dünya çempionu olmuş soydaşımız Sadiq Kərimovun yeni idman zalının açılışı
olub.
Crossmedia.az xəbər verir ki, açılış mərasimində zalda
yaradılan şəraitin gənclərin idmana marağının artırılmasına, gələcəkdə peşəkar
idmançıların yetişdirilməsinə və sağlam həyat tərzinin təşviqinə töhfə verəcəyi
vurğulanıb. Yeni məkanın fəaliyyətə başlamasının Slovakiyada yaşayan azərbaycanlıların
idman sahəsində təşəbbüslərinin genişlənməsi baxımından əhəmiyyət daşıdığı
bildirilib. Mərasimdən sonra zalda ilk məşq də keçirilib.
Qeyd edək ki, idman zalı Bratislava şəhərinin Petrjalka
rayonunda, Lachova 35 ünvanında yerləşir.
15:20 06.11.2026
Oxunuş sayı: 32