Almaniya hava limanına PUA hücumunun şübhəlilərini açıqladı
Almaniya təhlükəsizlik orqanları avqust ayında Leipzig-Halle hava limanına edilən PUA hücumunun əsas şübhəlilərinin Belarus vətəndaşı ilə Rusiya hərbi kəşfiyyatı ilə əlaqəli Rusiya vətəndaşı olduğunu müəyyənləşdirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Welt” nəşri məxfi istintaq sənədlərinə və Almaniyanın yüksək rütbəli təhlükəsizlik rəsmilərinə istinadən məlumat yayıb. Bildirilir ki, Almaniya rəsmiləri şübhəlilərin hadisə ilə əlaqəsini “yüksək ehtimalla” müəyyən ediblər.
Nəşrin əldə etdiyi sənədlər əvvəllər ictimaiyyətə açıqlanmayıb. Araşdırmada müxtəlif federal və regional qurumların dörd yüksək vəzifəli təhlükəsizlik rəsmisinin də məlumatlarından istifadə olunub.
23:27 13.09.2026
Oxunuş sayı: 49