Moskva Kiyevə yeni zərbələr endirdiyini açıqladı
Rusiya ordusunun Ukraynanın Çornomorsk və İzmail limanlarındakı obyektlərə, həmçinin Qara dənizdəki patrul katerinə zərbə endirdiyi açıqlanıb.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, ötən gün Çornomorsk limanında hərbi yük daşıdığı bildirilən gəmi hədəfə alınıb. Bu gün isə İzmail limanında yükləmə qurğusunun və Qara dənizdə patrul katerinin vurulduğu bildirilib.
Məlumata görə, zərbələr zamanı pilotsuz uçuş aparatlarından (PUA) istifadə olunub.
Rusiya Müdafiə Nazirliyi daha əvvəl də Çornomorsk və İzmail limanlarının hərbi məqsədlərlə istifadə olunan infrastrukturuna və dəniz vasitələrinə zərbələr endirildiyini açıqlayıb.
Qeyd edək ki, Çornomorsk və İzmail Ukraynanın Qara dəniz və Dunay hövzəsində mühüm limanlarından hesab olunur. Regionda liman infrastrukturu və dəniz nəqliyyatına qarşı zərbələr fonunda təhlükəsizliklə bağlı narahatlıqlar da artıb.
14:31 07.09.2026
Oxunuş sayı: 47