Sülh danışıqlarında yeni şərt ortaya çıxdı
Rusiya, Ukrayna və ABŞ arasında yeni üçtərəfli danışıqların keçirilməsi üçün Moskvanın mövqeyinin danışıqların əsasını təşkil etməsi tələb olunur.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə məlumat yayıb.
Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin bildirib ki, Moskvanın mövqeyi Prezident Vladimir Putin tərəfindən müəyyənləşdirilib və dəyişməz olaraq qalır. Onun sözlərinə görə, bu mövqe ABŞ tərəfinə də yaxşı məlumdur.
Karasin qeyd edib ki, Rusiya mövqeyi danışıqlar üçün əsas kimi qəbul edilərsə, yaxın gələcəkdə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli görüş keçirilə bilər.
Senator Rusiyanın dəfələrlə danışıqlara hazır olduğunu bəyan etdiyini də vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsi sədrinin müavini Aleksey Çepa ABŞ-nin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Moskva və Kiyevə səfərlərinin Ukrayna üzrə danışıqların yeni mərhələsindən xəbər verdiyini bildirmişdi.
Sentyabrın 5-də Vladimir Putin Kremlində Uitkoff və Kuşnerlə görüşüb. Putinin köməkçisi Yuri Uşakov danışıqların konstruktiv və etimad şəraitində keçdiyini, görüşün 3 saat 10 dəqiqə davam etdiyini açıqlayıb. Görüşdə Ukrayna münaqişəsinin nizamlanması və digər məsələlər müzakirə olunub.
12:13 07.09.2026
Oxunuş sayı: 53