Paşinyanın Moskvaya səfəri yaxında baş tuta bilər
Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya səfəri yaxın vaxtlarda baş tuta bilər.
Crossmedia.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə açıqlamasında bildirib.
Peskov səfərin dəqiq tarixinin hələ müəyyənləşdirilmədiyini, lakin onun bu il baş tutacağını qeyd edib.
Qeyd edək ki, Paşinyan sentyabrın əvvəlində Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra Moskvaya qarşıdakı səfəri zamanı iki ölkə arasında açıq və konstruktiv dialoqu davam etdirmək barədə razılaşdıqlarını bildirib.
09:37 07.09.2026
Oxunuş sayı: 47