Rodnina Valievanın statusu ilə bağlı danışdı
Üçqat Olimpiya çempionu və Rusiya Dövlət Dumasının deputatı İrina Rodnina fiqurçu Kamila Valievanın neytral statusunun ləğv edilməsinə münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, “Sport-Ekspress” bu barədə məlumat yayıb.
Rodnina vəziyyəti “bu, müvəqqətidir” ifadəsi ilə şərh edib. O, qərarın səbəbi kimi Ukrayna tərəfinin iradlarını göstərib.
Bundan əvvəl Kamila Valieva və həmyerlisi Mark Kondratyuk Beynəlxalq Konkisürmə İttifaqının (ISU) neytral statuslarını ləğv etməsi ilə bağlı apellyasiya şikayəti veriblər.
Qeyd olunub ki, apellyasiya təmin edilmədiyi halda fiqurçular İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edə bilərlər.
Valieva neytral statusu avqustun 7-də əldə etmişdi. O, 2025-ci ilin sonunda antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya müddətini başa vurduqdan sonra karyerasını bərpa edəcəyini açıqlamışdı.
23:08 06.09.2026
Oxunuş sayı: 50