Zelenski ABŞ-dan yeni yardım gözləyir
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin qarşıdakı qış və büdcə vəsaitlərinin çatışmazlığı ilə bağlı ciddi problemlərlə üzləşdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, TASS bu barədə məlumat yayıb.
Zelenskinin sözlərinə görə, Ukraynada hərbi-sənaye kompleksi, ordunun maliyyələşdirilməsi və humanitar məqsədlər üçün vəsait çatışmazlığı var.
Ukrayna Prezidenti hərbi münaqişənin bu qış da davam edəcəyi təqdirdə ABŞ-dan yeni yardım paketi alacağına ümid etdiyini bildirib.
Zelenski qeyd edib ki, Rusiya-Ukrayna münaqişəsində əsas məsələlərdən biri Donbasa nəzarətlə bağlıdır.
Bu həftəsonu ABŞ prezidentinin xüsusi nümayəndələri Moskva və Kiyevə səfər edərək ABŞ liderinin sülh planını təqdim ediblər.
Moskva danışıqları müsbət qiymətləndirib. Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov iki ölkə arasında "etimad atmosferinin" yarandığını bildirib.
Bundan əvvəl isə KİV Rusiya tərəfinin danışıqlarda tələblərini sərtləşdirdiyini yazıb.
22:24 06.09.2026
Oxunuş sayı: 60