Meksikada kilsədə partlayış: 9 ölü, 14 yaralı
Meksikanın Meksiko ştatında kilsə ərazisində pirotexnika ilə bağlı partlayış nəticəsində azı 9 nəfər ölüb, 14 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, “Milenio” bu barədə məlumat yayıb.
Hadisə sentyabrın 5-də Temascalçinqo bələdiyyəsinin Santa Mariya Kanşesda icmasında baş verib.
İlkin məlumatlara görə, partlayış pirotexniki vasitələrlə ehtiyatsız davranılması ilə əlaqəli olub. Partlayış nəticəsində kilsənin bir hissəsi dağılıb və dağıntılar altında insanların qaldığı bildirilib.
Qeyd edək ki, hadisə ilə bağlı müxtəlif mənbələrdə yaralıların sayı fərqli göstərilir. “Milenio” 14 yaralı barədə məlumat yayıb; digər Meksika KİV-lərində isə 24 yaralı qeyd olunub.
19:24 06.09.2026
Oxunuş sayı: 55