Misirdə keçmiş teleaparıcı edam cəzası alıb
Misirdə keçmiş televiziya aparıcısı Sara Xəlifə narkotik işi üzrə ölüm cəzasına məhkum edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Masrawy” portalı məlumat yayıb.
Məhkəmə eyni iş üzrə daha 11 nəfər barəsində ölüm hökmü çıxarıb. Doqquz təqsirləndirilən şəxs isə ömürlük həbs cəzasına məhkum edilib.
İşin materiallarına görə, 2025-ci ilin aprelində Qahirənin nüfuzlu rayonlarından birində şəxsi mənzil adı altında fəaliyyət göstərən sintetik narkotik istehsalı sexi aşkarlanıb.
Keçmiş televiziya aparıcısı Sara Xəlifənin həmin qruplaşmanın fəaliyyətinə cəlb olunduğu bildirilib.
12:18 06.09.2026
Oxunuş sayı: 44