Demokratlar ABŞ Konqresində üstünlüyü ələ keçirə bilər
ABŞ Demokrat Partiyası Prezident Donald Trampın reytinqinin aşağı düşməsi fonunda keçiriləcək ara seçkilərdə Konqresin hər iki palatasında çoxluğu əldə etməyə ümid edir.
Crossmedia.az xəbər verir ki, “The Times” bu barədə məlumat yayıb.
“The Times”ın təhlil etdiyi sorğulara görə, Trampın reytinqindəki geriləmə Demokratların həm Senatda, həm də Nümayəndələr Palatasında mövqelərini gücləndirə biləcəyinə dair gözləntiləri artırıb.
Senatda bu il 35 yer uğrunda seçki keçiriləcək. Ən gərgin mübarizənin Corciya, Men, Miçiqan və Şimali Karolina ştatlarında gedəcəyi gözlənilir.
Hazırda Respublikaçılar həm Senata, həm də Nümayəndələr Palatasına nəzarət edir. Lakin sorğular Demokratların xüsusilə Nümayəndələr Palatasında üstünlük əldə etmək şanslarının artdığını göstərir.
10:07 06.09.2026
Oxunuş sayı: 45