SEPAH ABŞ gəmilərinin hədəfə alındığını açıqladı
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ni iki təyyarədaşıyan gəmisinin və bir esminesinin raket zərbələri ilə hədəfə alındığını iddia edib.
Crossmedia.az xəbər verir ki, SEPAH bu barədə açıqlama yayıb.
SEPAH-ın bildirdiyinə görə, ABŞ gəmiləri İranın gəmilərinə qarşı təzyiq və blokada əməliyyatlarında iştirak edib.
İran tərəfinin iddiasına əsasən, zərbələrdən sonra ABŞ hərbi gəmiləri qarşıdurma zonasını tərk edib.
ABŞ tərəfi isə daha əvvəl İranın iki ABŞ hərbi gəmisinə ballistik raketlərlə hücum etdiyini və nəticədə Amerika hərbçiləri arasında xəsarət alan olmadığını açıqlayıb.
09:49 06.09.2026
Oxunuş sayı: 53