Putin Moskvada yeni metro stansiyalarının açılışını etdi
Rusiya Prezidenti Vladimir Putin videobağlantı vasitəsilə Moskvanın Rublovo-Arxangelsk xəttinin ilk hissəsinin açılışında iştirak edib.
Crossmedia.az xəbər verir ki, TASS bu barədə məlumat yayıb.
Açılış mərasimində Moskva meri Sergey Sobyanin də iştirak edib. Bununla paytaxtın metro xəritəsində 17-ci xətt yaranıb.
İlk mərhələ “Delovoy sentr” stansiyasından “General Karbışev bulvarı” stansiyasına qədər uzanır. Bu hissənin uzunluğu 8,7 kilometrdir və burada beş stansiya yerləşir.
Xətt üzrə sərnişinlər Moskva Mərkəzi Halqası (MÇK) və digər üç metro xəttinə — Solntsevskaya, Filevskaya və Böyük Halqa xəttinə keçid edə biləcəklər.
Rublovo-Arxangelsk xəttinin ikinci hissəsinin “General Karbışev bulvarı”ndan “Lipovaya Roşa”ya, üçüncü hissəsinin isə “Lipovaya Roşa”dan “Novorijskaya”ya qədər uzadılması nəzərdə tutulur. Bu hissələrin 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
Məlumata görə, ilk hissənin istifadəyə verilməsi ilə sutkada 90 mindən çox səfərin həyata keçirilməsi gözlənilir. 2030-cu ilə qədər bu göstəricinin 128 min səfəri keçəcəyi proqnozlaşdırılır.
Moskva hakimiyyəti qarşıdakı illərdə şəhər metrosunun genişləndirilməsini də planlaşdırır. 2032-ci ilin sonunadək 34 yeni stansiyanın və təxminən 83 kilometr metro xəttinin tikintisi nəzərdə tutulur.
17:06 05.09.2026
Oxunuş sayı: 41