Uitkoff və Kuşner Moskvada – Putinlə görüş baş tutur
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə bu gün, sentyabrın 5-də Moskvada görüşəcək.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə Kremlin mətbuat katibi Dmitri Peskova istinadən məlumat yayıb.
Peskov görüşün bu gün üçün planlaşdırıldığını təsdiqləyib.
ABŞ nümayəndə heyətinin olduğu təyyarə Moskvanın Vnukovo hava limanına yerli vaxtla saat 12:52-də enib. Onları Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev qarşılayıb.
Uitkoff və Kuşnerin daha sonra Kiyevə də səfər edəcəyi gözlənilir. Rusiya Prezidenti daha əvvəl onları Rusiyada “həmişə arzuolunan qonaqlar” adlandırıb və Moskvanın onlarla işləməkdən məmnun olduğunu bildirib.
ABŞ Prezidenti Donald Tramp isə Uitkoff və Kuşnerin Moskvaya “sülh təklifləri” apardığını açıqlayıb.
15:56 05.09.2026
Oxunuş sayı: 48