ABŞ-dan mühüm addım: Trampın nümayəndələri Moskvaya getdi
ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin olduğu ehtimal edilən biznes-jet Moskvaya enib.
Crossmedia.az xəbər verir ki, “İnterfaks” aviasiya xidmətlərinə istinadən bu barədə məlumat yayıb.
Məlumata görə, təyyarə Moskvanın Vnukovo hava limanına eniş edib.
Uitkoff və Kuşnerin sentyabrın 5-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşməsi, sentyabrın 6-da isə Kiyevə gedərək Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar aparması gözlənilir. Səfərlərin əsas məqsədinin Ukrayna münaqişəsinin nizamlanması yollarını müzakirə etmək olduğu bildirilir.
12:51 05.09.2026
Oxunuş sayı: 48