Zelenski Uitkoff ilə Kuşnerin Moskvaya və Kiyevə səfər edəcəyini təsdiqləyib
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner yaxın günlərdə Moskvaya, daha sonra isə Kiyevə səfər edəcək.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb.
Zelenskinin sözlərinə görə, Amerika nümayəndə heyətinin səfərinə hazırlıq görülür. Kiyev danışıqlar zamanı ABŞ nümayəndələrinin gəlişi üçün hava məkanının təhlükəsizliyini təmin etməyə hazırdır.
Ukrayna prezidenti eyni müddət ərzində Rusiyadan da hava zərbələrini dayandırmasını gözlədiklərini bildirib.
“Bizim məqsədimiz Amerika tərəfi ilə maksimum konstruktiv və məzmunlu səfər və danışıqlar keçirməkdir. Müharibənin başa çatmasına yönəlmək üçün real yollar axtarmaq lazımdır”, – Zelenski deyib.
O qeyd edib ki, Uitkoff və Kuşner Moskvada ABŞ-nin təkliflərini təqdim edəcək və Rusiya tərəfinin mövqeyini dinləyəcəklər.
21:20 04.09.2026
Oxunuş sayı: 42