Tramp: Ya faiz, ya ticarət
ABŞ Prezidenti Donald Tramp avqust ayında ölkədə 162 min yeni iş yerinin yaradıldığını bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Tramp bu göstəricinin gözləntiləri iki-üç dəfə üstələdiyini deyib.
Prezident Federal Ehtiyat Sistemini (FED) faiz dərəcələrini azaltmağa çağırıb. Onun sözlərinə görə, güclü iqtisadiyyat ABŞ-yə dünyanın ən aşağı faiz dərəcəsinə sahib olmağa imkan verməlidir.
Tramp həmçinin ABŞ ilə ticarət profisiti olan ölkələrə xəbərdarlıq edib və bu ölkələr profisitlərini azaltmasa, onlarla ticarəti dayandıracağı ilə hədələyib.
“Yeni rəhbərin başçılıq etdiyi FED özünə gəlməli və ilk dəfə vətənpərvər olmalıdır”, – Tramp yazıb.
O, yüksək faiz dərəcələrinin ABŞ-ni əlverişsiz vəziyyətə saldığını bildirib.
“Faizi aşağı salın, yoxsa kəsirimiz olan ölkələrlə ticarəti dayandıracağam. Bu, tariflərdən daha yaxşıdır!” – Tramp deyib.
20:05 04.09.2026
Oxunuş sayı: 44