Ərdoğan Böyük Hücumun 104-cü ildönümünü qeyd edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Hücumun 104-cü ildönümü ilə bağlı paylaşım edib.
Crossmedia.az xəbər verir ki, Ərdoğan müstəqillik uğrunda canından keçən şəhid və qaziləri yad edib.
“Anadolunun müqəddəsliyinə uzanan çirkli əlləri torpaqlarımızdan qoparıb atmaq üçün başlatdığımız Böyük Hücumun 104-cü ildönümündə Qazi Mustafa Kamal başda olmaqla, müstəqilliyimiz uğrunda bədəl ödəyən şəhid və qazilərimizi rəhmət və minnətdarlıqla yad edirəm”, - deyə Ərdoğan bildirib.
17:59 26.08.2026
Oxunuş sayı: 48