İsraillə bağlı ciddi ittiham: böyük ərazi yanıb
Livan İsraili ölkənin cənubunda meşə və kənd təsərrüfatı sahələrinin yandırılmasında ittiham edib.
Crossmedia.az xəbər verir ki, Livanın Milli Elmi Tədqiqatlar Şurası bu barədə məlumat yayıb.
Şuranın məlumatına görə, 2023-cü ilin oktyabrında İsrail ilə “Hizbullah” arasında döyüşlər başlayandan bəri İsrailin hərbi fəaliyyəti nəticəsində Livanın cənubunda təxminən 160 kvadratkilometr ərazi yanıb.
Yanan ərazinin təxminən yarısının kənd təsərrüfatı sahələrinin payına düşdüyü bildirilib.
17:04 26.08.2026
Oxunuş sayı: 44