Tramp administrasiyası dünya üzrə viza müsahibələrini dayandırdı
ABŞ Prezidenti Donald Trampın administrasiyası dünya üzrə ABŞ vizası üçün müsahibələrə yeni qeydiyyatı müvəqqəti dayandırıb.ələrinin xəritəsində yeni nöqtələr yaranır.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb. ABŞ Dövlət Departamenti qərarı konsulluq əməkdaşlarının “dərinləşdirilmiş təlim” keçməsi zərurəti ilə izah edib. Təlim çərçivəsində əməkdaşlara ABŞ hakimiyyətinin fikrincə, dövlət sosial müavinətlərindən asılı vəziyyətə düşə biləcək müraciətçiləri müəyyənləşdirmək öyrədiləcək.
ABŞ səfirlik və konsulluqlarında müsahibəyə artıq vaxt götürmüş şəxslərə görüşlərinin təxirə salınması ilə bağlı bildirişlər göndərilməyə başlanıb. Onlara yeni görüş tarixlərinin daha sonra açıqlanacağı bildirilib. ABŞ Dövlət Departamenti viza müraciətlərinə baxılmasının nə vaxt bərpa ediləcəyini açıqlamayıb.
16:09 26.08.2026
Oxunuş sayı: 51