Amur qaz-kimya kompleksində yanğında ölənlərin sayı 7-yə çatıb
Rusiyanın Amur vilayətində Amur qaz-kimya kompleksində baş verən yanğın nəticəsində ölənlərin sayı 7 nəfərə yüksəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə kompleksin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində daha 9 nəfərin taleyi hələlik məlum deyil.
Yanğınla əlaqədar 152 nəfər tibbi yardım üçün müraciət edib. Onlardan 36 nəfər orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbləri və itkin düşən şəxslərin axtarışının nəticələri ilə bağlı əlavə məlumat verilməyib.
15:20 26.08.2026
Oxunuş sayı: 47