Bu nömrədən gələn ZƏNGLƏRƏ İNANMAYIN - XƏBƏRDARLIQ
Dələduzlar bank işçisi adından istifadəyə davam edirlər.
Bu barədə redaksiyamıza müraciət edən vətəndaşlar bildirirlər ki, (+992 963 528 777) nömrəsindən zəng olunur.
Özünü bank işçisi kimi təqdim edən şəxslər vətəndaşa onun kartından başqa şəxsin kartına pul köçürüldüyünü deyiblər.
Bu cür zənglər vətəndaşlarda təşviş yaratmaq və onları düşünmədən müəyyən addımlar atmağa sövq etmək baxımından ciddi narahatlıq doğurur. Xüsusilə bank adından istifadə edilməsi zəngin daha inandırıcı görünməsinə hesablanmış üsul təsiri bağışlayır.
Belə hallarda vətəndaşların telefon danışığı zamanı bank kartı, hesab, SMS təsdiq kodu və digər məxfi məlumatları qarşı tərəfə təqdim etməməsi vacibdir. Şübhəli zənglə qarşılaşan şəxslər məlumatı bankın rəsmi əlaqə kanalları vasitəsilə dəqiqləşdirməlidirlər.
Bankların adından istifadə edən şəxslərin bu üsulla vətəndaşları hədəfə alması isə ciddi təhlükəsizlik problemini gündəmə gətirir. Vətəndaşların təşvişə salınaraq aldadılmasına yönələn belə cəhdlərə qarşı həm diqqətli olmaq, həm də bu halların araşdırılması vacibdir.
Məhəbbət Tərlanoğlu
18:15 25.08.2026
Oxunuş sayı: 1188