Türkiyədə avtobusla benzin daşıyan avtomobil toqquşdu: 35 nəfər yaralandı
Türkiyənin Kayseri vilayətində avtobusla benzin daşıyan avtomobilin toqquşması nəticəsində azı 35 nəfər xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, “Star” qəzeti bu barədə məlumat yayıb.
Məlumata görə, avtobus Ankara istiqamətində hərəkət edirmiş. Hadisə yerinə təcili tibbi yardım, polis və yanğınsöndürmə briqadaları cəlb olunub.
Xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Hadisənin səbəbləri araşdırılır.
09:09 25.08.2026
Oxunuş sayı: 57