Yəmən ordusu Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiyini açıqladı
Yəmən hökumətinin qüvvələri strateji əhəmiyyətli Bab əl-Məndəb boğazı ətrafındakı əraziləri husilərdən geri aldıqlarını açıqlayıblar.
Crossmedia.az xəbər verir ki, Yəmən ordusunun sözçüsü hökumətyönlü qüvvələrin “Yəmənin Şəfəqi” adlı hərbi əməliyyat çərçivəsində Bab əl-Məndəb ərazisinə nəzarəti ələ keçirdiyini bildirib.
Məlumata əsasən, hökumət qüvvələri həmçinin Dubab hava limanını nəzarətə götürdüklərini və Dubab ilə Moha şəhəri arasındakı yolu kəsdiklərini açıqlayıblar.
Bab əl-Məndəb boğazı Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirən və beynəlxalq dəniz ticarəti üçün mühüm əhəmiyyət daşıyan strateji su yoludur.
18:42 09.10.2026
Oxunuş sayı: 59