Rusiyada taun təhlükəsi ilə bağlı araşdırmanın nəticələri açıqlanıb
Rusiya hakimiyyəti İrkutsk şəhərində taun hadisəsinin qeydə alınması ilə bağlı məlumatları araşdırmanın nəticələrinə əsasən təkzib edib.
Crossmedia.az xəbər verir ki, İrkutsk vilayətinin qubernatoru bildirib ki, aparılan təxminən 5 min laborator müayinə zamanı təhlükəli törədicilər aşkarlanmayıb.
Məlumata əsasən, İrkutsk Taunla Mübarizə İnstitutunun əməkdaşı xəstəxanadan kənarda yoluxduğu pnevmoniyadan vəfat edib. Onun üzərində işlədiyi təhlükəli infeksiyalara qarşı peyvənd olunduğu qeyd edilib.
Vəfat edən əməkdaşla təmasda olan şəxslərin tibbi müşahidəsi də başa çatıb. Müayinələr zamanı onlarda təhlükəli patogenlər aşkar edilməyib.
18:53 09.10.2026
Oxunuş sayı: 52