Nyu-Yorkda atışma etirazçılarla polis arasında qarşıdurma yaratdı
Nyu-Yorkda ABŞ-nin İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) əməkdaşının atəş açması nəticəsində bir nəfərin yaralanmasından sonra etirazçılarla polis arasında gərginlik artıb.
Crossmedia.az xəbər verir ki, hadisədən sonra keçirilən aksiyaların iştirakçıları ilə polis arasında qarşıdurma yaşanıb, hüquq-mühafizə orqanları nümayişçiləri saxlayıb.
Məlumata görə, ICE əməkdaşı Nyu-Yorkun Marble Hill razisində atəş açaraq avtomobildə olan kişini yaralayıb. Həmin avtomobildə beş yaşlı uşağın da olduğu bildirilir.
Hadisənin hansı şəraitdə baş verdiyi və atəş açılmasının səbəbləri barədə əlavə məlumat verilməyib.
18:17 09.10.2026
Oxunuş sayı: 60