Ermənistan və Türkiyə arasında əməkdaşlıq məsələləri gündəmə gəlib
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Türkiyənin xarici işlər naziri Hakan Fidan telefon danışığı zamanı ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, “Yeni Sabah”ın məlumatına görə, nazirlər Ermənistan-Türkiyə əməkdaşlığı, regional əməkdaşlıq və çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı fəaliyyət barədə fikir mübadiləsi aparıblar.
Danışığın digər detalları barədə əlavə məlumat verilməyib.
18:35 09.10.2026
Oxunuş sayı: 52