Moskvada hava limanlarının fəaliyyəti dayandırıldı - Səbəb
Moskvada güclü partlayış səsləri eşidildiyi və hava limanlarının fəaliyyətinin dayandırıldığı bildirilir.
Crossmedia.az xəbər verir ki, Moskva vilayətinin Dmitrovski rayonunda pilotsuz uçuş aparatlarının (PUA) hücumu təhlükəsi elan edilib.
Məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində Moskvanın bütün hava limanları bağlanıb. Hadisə ilə bağlı əlavə məlumat verilməyib.
18:26 09.10.2026
Oxunuş sayı: 56