Tramp Nobel mükafatı ilə bağlı zarafatın hədəfinə çevrildi
2026-cı il Nobel Sülh Mükafatının laureatı, BMT-nin insan hüquqları üzrə keçmiş ali komissarı Navi Pillay mükafata layiq görülməsi ilə bağlı xəbərə ABŞ Prezidenti Donald Tramp haqqında zarafatla münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, Navi Pillay Nobel mükafatını qazanması ilə bağlı açıqlamasında ona ünvanlanan alqışlara diqqət çəkərək Trampın adını çəkib.
“Təşəkkür edirəm! Əgər daha gur alqışlasanız, bəlkə də bu mükafatı Trampla bölüşərəm”, – deyə Pillay zarafat edib.
Onun bu sözləri Nobel Sülh Mükafatı ilə bağlı açıqlamasında Trampa eyham kimi diqqət çəkib.
Qeyd edək ki, Navi Pillay BMT-nin insan hüquqları üzrə ali komissarı vəzifəsində çalışıb. O, beynəlxalq hüquq və insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti ilə tanınır.
18:12 09.10.2026
Oxunuş sayı: 49