Parisdə CS2 üzrə Esports World Cup-ın finalı başlayıb
Parisdə 2026 Esports World Cup çərçivəsində Counter-Strike 2 üzrə böyük final başlayıb.
Crossmedia.az xəbər verir ki, “Esports World Cup” bu barədə məlumat yayıb.
Həlledici qarşılaşmada Team Spirit və FUT Esports komandaları üz-üzə gəlir. Final Parisdəki Accor Arenada keçirilir.
Team Spirit Belqradda yerləşən Avropa kiberspor təşkilatıdır. Komanda yarımfinalda Legacy-ni 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib. FUT Esports isə yarımfinalda FURIA-nı 2:1 hesabı ilə üstələyib.
CS2 turnirinin ümumi mükafat fondu 2 milyon dollar təşkil edir.
20:29 23.08.2026
Oxunuş sayı: 56