İran və Pakistan arasında regional təhlükəsizlik müzakirə edildi
İranın xarici işlər naziri Abbas Əraqçi ilə Pakistan Ordusunun baş komandanı, feldmarşal Asim Munir arasında telefon danışığı baş tutub.
Crossmedia.az xəbər verir ki, tərəflər telefon danışığı zamanı regionda baş verən son hadisələri müzakirə ediblər.
Söhbət zamanı Qərbi Asiyada sülhün, sabitliyin və təhlükəsizliyin gücləndirilməsi üçün effektiv yollar ətrafında fikir mübadiləsi aparılıb.
12:26 23.08.2026
Oxunuş sayı: 58