Kiyevdə aylar sonra ilk dəfə kritik obyekt vurulub
Kiyev meri Vitali Kliçko bildirib ki, Rusiya qüvvələri bir neçə ay ərzində ilk dəfə şəhərdə kritik infrastruktur obyektini məqsədli şəkildə hədəfə alıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, zərbə bu gün günün ikinci yarısında endirilib. Hadisə nəticəsində Desnyanski rayonu və Dneprovsk rayonunun bir hissəsində isti su təchizatında fasilələr yarana bilər.
Kliçko qeyd edib ki, mütəxəssislər artıq zədələnmiş infrastrukturun bərpası üzərində işləyirlər.
19:48 20.08.2026
Oxunuş sayı: 53