Rusiya döyüş sursatları olan iki quru yük gəmisini vurduğunu açıqlayıb
Rusiya Müdafiə Nazirliyi Ukraynanın Çornomorsk limanında iki quru yük gəmisinin və yanacaq-sürtkü materialları olan rezervuarın məhv edildiyini açıqlayıb.
Crossmedia.az bu barədə ˝TASS˝-a istinadən xəbər verir ki, Nazirliyin məlumatına görə, zərbələr nəticəsində Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulan döyüş sursatları və hərbi təyinatlı yüklər daşıyan gəmilər, eləcə də yanacaq ehtiyatı olan obyekt hədəfə alınıb.
Məlumatın digər tərəflər tərəfindən müstəqil təsdiqlənmədiyi qeyd olunur.
19:21 20.08.2026
Oxunuş sayı: 57