Britaniyanın Yaşıllar Partiyası sionizmlə bağlı qətnamə qəbul etdi
İngiltərə və Uels Yaşıllar Partiyası Braytonda keçirilən illik konfransında “Sionizm – irqçilikdir” adlı qətnaməni qəbul edib.
Crossmedia.az xəbər verir ki, qətnamənin lehinə 1022, əleyhinə isə 813 iştirakçı səs verib.
Sənəddə sionizmin irqçiliyin bir forması kimi nəzərdən keçirilməsi təklif olunur. Partiya isə bu mövqenin yəhudilərə etnik və ya dini qrup kimi deyil, siyasi ideologiyaya qarşı yönəldiyini vurğulayıb.
Qətnamədə həmçinin Fələstinin azadlığı, fələstinlilərin geri qayıtmaq hüququ və İsrailə silah tədarükünə tam embarqo tətbiq edilməsi dəstəklənir.
09:47 05.10.2026
Oxunuş sayı: 57