“FlyDubai” pilotu təyyarəni terminala çırpmaq istəyib? – İddia
“FlyDubai” aviaşirkətinin reysində ikinci pilotun təyyarəni İsrailin Ben-Qurion hava limanının terminalına yönəltməyi planlaşdırdığı iddia olunur.
Crossmedia.az xəbər verir ki, İsrailin 12-ci kanalı bu barədə məlumat yayıb.
Telekanalın məlumatına görə, ikinci pilot təyyarənin əvvəlcə adi qaydada enişə yaxınlaşmasını, son saniyələrdə isə onu Ben-Qurion hava limanının terminalına yönəltməyi planlaşdırıb.
İddialara əsasən, ikinci pilot ekipaj komandirinə məhz təyyarənin İordaniya üzərində, İsrailə yaxınlaşdığı vaxt hücum edib. Bildirilir ki, məqsəd təyyarənin planlaşdırılan istiqamətdə hərəkətini təmin etmək olub.
Hadisə ilə bağlı digər detallar, eləcə də ikinci pilotun bu addımı atmasına səbəb olduğu iddia edilən hallar barədə əlavə məlumat verilməyib.
09:36 05.10.2026
Oxunuş sayı: 49