Zelenski açıqladı: Ukrayna reaktiv “Şahed”lərə qarşı yeni raket hazırlayıb
Ukrayna reaktiv dronların məhv edilməsi üçün “Nika” adlı yeni kiçik raket hazırlayıb.
Crossmedia.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə açıqlama verib.
Zelenskinin sözlərinə görə, yeni raket reaktiv “Şahed” dronlarına qarşı istifadə üçün nəzərdə tutulub. O bildirib ki, layihəyə həm Almaniya, həm də Ukrayna tərəfindən müsbət yanaşılır və raketin sınaqları keçiriləcək.
Ukrayna Prezidenti, həmçinin Ukrayna-Almaniya birgə hazırladığı “Spis” adlı yeni ələkeçirici raketin sınaqlarından müsbət nəticələr əldə edildiyini açıqlayıb.
Zelenski yeni sistemlərin hansı müddətdə tam istifadəyə veriləcəyini açıqlamayıb.
09:46 05.10.2026
Oxunuş sayı: 50