Ər arvadını bağçada bıçaqladı
Mingəçevirdə kişi keçmiş həyat yoldaşını bıçaqlayıb.
Crossmedia.az xəbər verir ki, hadisə səhər saatlarında 4 saylı uşaq bağçasının ərazisində baş verib.
Övladını bağçaya gətirən 1987-ci il təvəllüdlü Aygün Həşim qızı Həşimova boşandığı əri tərəfindən bıçaqlanıb.
Yaralı qadın təcili xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb. (Teleqraf)
09:59 05.10.2026
Oxunuş sayı: 58