Xarkova zərbə nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb
Rusiya qüvvələrinin Ukraynanın Xarkov şəhərinə endirdiyi zərbə nəticəsində bir nəfər ölüb, səkkiz nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, Xarkov meri İqor Terexov bu barədə məlumat yayıb.
Məlumata görə, zərbə şəhərin İndustrial rayonuna endirilib. Hücum nəticəsində inzibati binanın da zərər gördüyü bildirilib.
Hadisə nəticəsində yaralanan şəxslərin vəziyyəti barədə əlavə məlumat açıqlanmayıb.
09:33 05.10.2026
Oxunuş sayı: 45